PostgreSQL məlumat bazası

Nə üçün PostgreSQL Məlumat Bazası Xidməti üçün bizi seçməlisiniz?:

DataLead şirkəti PostgreSQL verilənlər bazasında mövcud olan yükün tənzimlənməsi üçün tələb olunan performans, dayanıqlıq və təhlükəsizlik həllərini təklif edir. Bu, yeni tətbiqlərə və rəqəmsal transformasiyaya keçidi zamanı istifadə edilə biləcək yüksək dəyərli müəssisə tipli verilənlər bazasının açıq qaynaqlı məlumat bazası ilə əvəz edilməsinə imkan verir. Və bu da öz növbəsində məlumatları saxlayıb emal etmək üçün istifadə edilən və əsasən bahalı həll sayılan Oracle məlumat bazalarının PostgreSQL sistemi ilə əvəz edilməsi üçün uyğun şərait yaradır.

PostgreSQL ödənişsiz və açıq mənbəli proqram təminatıdır və istifadəsi üçün heç bir lisenziyaya ehtiyac yoxdur. Bu da öz növbəsində aşağıdakı üstünlüklərə səbəb olur:

  • lisenziyaya görə əlavə pul ödəməyə ehtiyac yoxdur;
  • daha gəlirli biznes modeli sayılır;
  • PostgreSQL SQL standartlarına uyğundur, ona görə də peşəkar proqramçılar tapmaq asandır. PostgreSQL-i öyrənmək asandır və kodu başqa verilənlər bazasından köçürmək mümkündür. Bundan əlavə, PostgreSQL administrasiyasının avtomatlaşdırılması asandır, bu da işçilərin əmək haqqına əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verir;
  • PostgreSQL müxtəlif platformada çalışa bilən proqram təminatıdır, ona bütün müasir proqramlaşdırma dillərindən interfeyslər mövcuddur, ona görə də istifadə olunan proqram təminatı dəsti ilə bağlı şirkətin siyasətini dəyişməyə ehtiyac yoxdur;
  • PostgreSQL asanlıqla genişlənə bilir və yüksək performans təmin edir;
  • PostgreSQL çox etibarlıdır və nadir hallarda məlumat bazası sistmelərində gecikmələr yaranır. Bundan əlavə, PostgreSQL ACID xüsusiyyətlərini tam dəstəkləyir, yəni bəzi hardware nasazlıqlarına davamlıdır. Bundan əlavə bu verilənlər bazası yüksək əlçatanlıq üçün klaster kimi konfiqurasiya edilə və quraşdırıla bilər.

PostgreSQL proqramçılar, idarəçilər və sistem arxitekturları üçün çox əlverilşli məlumat bazası sistemidir. İnkişaf etmiş funksionallıq müxtəlif vəzifələri çevik şəkildə həll etməyə imkan verir. Bu məlumat bazasının hər il yeni versiyası buraxılır; bu günə qədər 6.0 versiyasından bu günə 24 əsas versiya buraxılmışdır. Onun bəzi üstünlüklərini tərtibatçının nöqteyi-nəzərindən aşağıdakı kimi sadalamaq mümkündür:

  • Dokumentasiyası rahatdır və aktiv könüllülərin köməyi ilə suallarınıza tez cavab tapmağa imkan verir. PostgreSQL təlimatında 2500-dən çox səhifə var;
  • mənbə kodu pulsuzdur. Çox çətinlik çəkmədən ehtiyaclarınıza uyğunlaşdırıla bilər;
  • müştərilərin inkişaf etmiş ekosistemi və inzibati alətlər verilənlər bazası obyektlərinin təsviri, verilənlər bazasında məlumatların köçürülməsi, verilənlər bazasının ehtiyat nüsxəsinin çıxarılması və bərpası kimi gündəlik işləri asanlıqla və tez yerinə yetirməyə imkan verir;
  • inzibati tapşırıqların həlli çox vaxt tələb etmir və avtomatlaşdırıla bilər;
  • PostgreSQL digər məlumat bazaları ilə asanlıqla inteqrasiya olunur ki, bu da proqram təminatı layihələrinin çevik həyata keçirilməsi üçün imkanlar açır.

PostgreSQL müxtəlif hallar üçün istifadə olunur. PostgreSQL-in əsas tətbiq sahələrini iki kateqoriyaya bölmək olar:

  • Real Zaman Tranzaksiya Emalı (OLTP): OLTP çoxlu sayda əlavələr, yeniləmələr və silmələr, çox sürətli əməliyyat və çox istifadəçi mühitində məlumatların bütövlüyünün qorunması ilə xarakterizə olunur. Performans millisaniyələrd baş verən əməliyyatlarla ölçülür;
  • Onlayn Analitik Əməliyyat (OLAP): OLAP məlumatların toplanması, müxtəlif formatlarda müxtəlif mənbələrdən böyük həcmdə məlumatların əldə edilməsi, verilənlərin öyrənilməsi və tarixi məlumatların təhlili daxil olmaqla, az sayda mürəkkəb sorğular ilə xarakterizə olunur.
For more information :
tips
OUR PARTNERS

All rights reserved @ DataLead Consulting